Müğənni Gülay Zeynallı yeni mahnısını dinləyicilərin ixtiyarına verib.
Axşam.az xəbər verir ki, ifaçı bu dəfə xalq artisti Elmira Rəhimovanın repertuarına müraciət edib. O, bəstəsi Emin Sabitoğluya məxsus olan “Sən olmasan” əsərini səsləndirib.
G.Zeynallı xalq artistinin ona mahnıyla bağlı xeyir-dua verdiyini deyib: "Bu mahnını mənim ifamda Elmira Rəhimova dinləyib, çox bəyənib. Dünən verilişdə oxumuşdum, sonra telefonla əlaqə saxladı, öz xeyir-duasını verdi. Dedi ki, mahnılarımdan bəyəndiklərini ifa edə bilərsən. İnanıram ki, mənim ifamda “Sən olmasan”a yeni nəfəs gələcək. Həmçinin, layihə üçün fotosessiya etdirdik".