ABŞ prezidentliyinə seçkiləri Donald Trampa uduzan Hillari Klintonun növbəti hədəfi 2020-ci ildir.
Axşam.az-ın "Dailymail"ə istinadən məlumatına görə, 73 yaşlı Hillari növbəti prezident seçkilərinə də qatılmaq niyyərindədir. O, həmin dövrə qədər ictimai nüfuzunu daha da artırmaq niyyətindədir.
Klinton bu səbəbdən telekanallardan birində tok-şouya aparıcılıq edəcək. Onun verilişində siyasət adamları, nüfuzlu insanlar qonaq olacaq.