Bu gün xalq artisti Aygün Kazımovanın ad günüdür. Teleqraf.com xəbər verir ki, müğənninin 46 yaşı tamam olur.
Axşam.az-ın məlumatına görə, A.Kazımova özəl gününü bu gün təmtəraqlı şəkildə qeyd edir. Şəhər restoranlarından birində baş tutan məclisə sənət aləminin bir çox tanınmış siması dəvət olunub. Tez-tez imicini dəyişən müğənni bu dəfə də görünüşündə dəyişiklik edib.
Məclisə gələn qonaqları salamlayan Aygün 30 ildir sənətdə olduğunu qeyd edib. Xalq artisti bu ilin payızında "Cristal Hall"da konsert verəcəyini vurğulayıb.