ATV-də yayımlanan “Geriyə baxanda” verilişinin növbəti qonağı xalq artisti Şərqiyyə Hüseynova olub.
Teleqraf.com xəbər verir ki, aparıcı həyatı ilə bağlı maraqlı açıqlamalar verib. Üç ildir qızını itirən Ş.Hüseynova göz yaşlarını saxlaya bilməyib: "Fikirləşirdim ki, insanlar necə dözürlər? Sonra gördüm ki, insan bərk məxluqdur".
Aparıcılığını Günay Firudinqızının etdiyi verilişə həftənin bazar günü saat 10:00-da baxa bilərsiniz.