27 Yanvar 2017 14:52
3 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com əməkdar artist Röya Ayxanla müsahibəni təqdim edir:

- Türkiyənin məşhur müğənnisi Soner Sarıkabadayı ilə duet ifa edəcəksiniz...

- Bəli, Soner Sarıkabadayı ilə duet oxuyacam. Amma dörd ilin mahnısıdır. Mahnıları seçib saxlayıram – nənələr sandığın altında saxladığı kimi... Fevralda Belçikada klip çəkəcəyik. Orada müharibə kadrları yer alacaq. Çox maraqlı olacaq.

Səhv başa düşülməsin, Bakı üçün ayrı işləyirəm. 2017-ci il başlayanda “Qadın” mahnısını ifa etdim. O mahnıda hər şey var: boşanmaq, şiddət, sevgi, anlaşmazlıq, analıq və s. Sonerlə oxuduğum mahnıda Türkiyə üçün dostluq, sevgi mesajını verəcəm. O, mahnı Türkiyəyə aiddir.

- Klipinizdə dünyaca tanınmış aktyorlar da iştirak edib. Bu dəfə də olacaq?

- Bu mahnı duet olduğuna görə klipdə Sonerlə ikimiz çəkiləcəyik. Atama da demişəm arıqlasın, onu klipə çəkəcəm (gülür). Zarafat eləyirəm... Klipin rejissoru türkdür. Amma 12-13 yaşından Belçikada yaşayır. Hande Yenerə, Hadisəyə klip çəkib. Ümumiyyətlə, klip çəkən deyil, əsasən reklam çəkir.

- Kliplərinizə hər zaman yüksək məbləğ xərcləyirsiniz. Bu dəfə də büdcəsi böyük olacaq?

- Bu klipə də çox pul xərcləyəcəm. İş görməsən, pul da gəlməyəcək. Ona görə də həmişə iş görəcəm.

- Adətən, xarici müğənnilər cangüdənlə gəzirlər. Sizi nə zamansa cangüdənlə görəcəyik?

- Mənim elə acı dilim var, bir adam mənə söz deyən kimi elə baxıram, kişi də olsa, qadın da olsa ağappaq olur. Cangüdəni neyləyirəm? İkincisi də insanları əzmək üçün cangüdən gəzdirmirəm. Sadəcə, böyük konsertlərdə adamları yarıb, yol açmaq üçün onların köməyindən istifadə edirəm. Kiminsə konsertində uşaqlara cangüdənlər mane olanda dəli oluram. Bu, mənlik deyil. Bir kəlmə insanın gözünün içinə elə baxıram ki, insan ölüb-ölümdən qayıdır.

- Yaxın günlərdə bir bəylə səmimi foto paylaşdınız. Yeni sevgilinizdir?

- Deməzdim tam sevgilimdir. Belə də... Kimisə yaxın buraxmaq mənim üçün asan deyil. Çünki yaradıcılığımla bağlı böyük planlarım var. Oraya hələ ki, sevgi daxil deyil. Bir də fotodakı əllərin kimin olduğunu soruşmayın, deməyəcəm (gülür).

Rəqsanə

FOTO: Elçin Murad


Müəllif:

Oxşar xəbərlər