171 saylı orta məktəbin direktoru Telman Qardaşovun ölümündə günahlandırılan "Yoxlama” verilişinin aparıcısı Azər İsmayılov məsələyə münasibət bildirib.
Azər İsmayılov Teleqraf.com-a açıqlamasında məktəb direktorunun vəfatından xəbərsiz olduğunu deyib: “Dünyasını dəyişibsə, Allah rəhmət eləsin. Çox pis oldum. Bizimlə əlaqəsi yoxdur”.
ATV-nin baş redaktoru Vaqif Aydınoğlu isə saytmıza açıqlamasında Telman Qardaşovun ölümündən xəbərsiz olduğunu deyib.
Məktəbin mühafizəçisi direktorun ölümümünü təsdiqləyərək müəllimlərin yas mərasiminə getdiyini açıqlayıb.
“Yoxlama” verilişi ATV telekanalında yayımlanır. Bir müddət əvvəl 171 saylı orta məktəbdə çəkilən kadrlarla bağlı problem yaşanmışdı.
Rəqsanə