Xalq artisti Brilliant Dadaşova vokalist Şahin İsmayılovun onun haqqında dediyi fikirlərə münasibət bildirib.
Xalq artistinin mətbuat xidmətinin rəhbəri Teleqraf.com-a açıqlamasında Şahin İsmayılovu tanımadığını deyib: “Biz elə adam tanımırıq. Hər kəsin bir fikri var. Zövqlər müxtəlifdir, mübahisə etmək olmur. Onu peşəkar vokalist kimi tanımadığımız üçün fikrinə münasibət bildirmək istəmirik. Əgər o Brilliant xanımın adıyla gündəmə gəlmək istəyirsə, biz onlara cavab vermirik. Hazırda bir çox gənclər, sənətkarlar bü üsuldan yararlanır. Bu gündəmdə və maraqda olmayanların populyarlaşmaq üsuludur. Brilliant xanımın adıyla gündəmə gəlmək istəyirlər”.
Şahin İsmayılov “ATV maqazin onlarla” verilişində Brilliant Dadaşovanın zümzümə ilə oxumasını qəbul etmədiyini deyib.
Rəqsanə