Futbolçu İbrahim Toramanın keçmiş həyat yoldaşı Eylem 5 milyon TL-lik (təxminən 2.5 milyon manat) tələblə məhkəməyə üz tutub.
Teleqraf.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, keçmiş arvadı döyüldüyü üçün boşandığını deyib: “İbrahim uşağımı istəmirdi. Evlənəndə 6 aylıq hamiləydim. Sağlam hamiləlik yaşaya bilmədim. İnsanlar öz səhvlərini görmək istəmirlər. Uşağımın atası olduğu üçün hörmət edirəm, amma başqa heç nə hiss etmirəm. İbrahim ailə insanı deyil. Azad yaşamaq istəyir”.
Rəqsanə