Aktrisa Tuba Büyüküstün və aktyor Onur Saylakın boşanması ilə bağlı iddialar təsdiqini tapıb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, cütlük 5 il yarımlıq evliliyini bitirməyə qərar verib. Onlar boşanmaları üçün ərizələrini vəkillərinə təqdim ediblər.
Qeyd edək ki, "Asi" serialının çəkilişlərində tanış olan ikili 2011-ci ildə Parisdə evlənmişdi. Son zamanlar onların evliliyində yaranan problemin səbəbi isə aldıqları serial təklifləri ilə bağlı olub. Belə ki, Tuba və Onur seriallara hər zaman növbəylə çəkilirdilər. Biri hansısa layihədə yer alırdısa, digəri uşaqlarla maraqlanırdı. Büyüküstün "20 dakika" və "Kara para aşk" seriallarında yer alanda əri işsiz qalmışdı. Eləcə də, Onur "Hatırla gönül"ə çəkiləndə Tuba ekranlardan uzaqlaşmışdı.
Bu il isə hər iki ulduz rədd edə bilməyəcəkləri təkliflər alınca aralarında problem yaranıb. Tuba Kıvanç Tatlıtuğla çəkiləcəyi "Cesur ve Güzel"də (hər seriyaya 120 min lirə), Onur isə Bergüzar Korel və Halit Ergençin baş rolda çəkildiyi "Vatanım sensin" serialında iştirak edir. O, hər seriyaya 30 min lirə qazanır.
İddiaya görə, razılaşa bilməyən tərəflər boşanmağa qərar veriblər.