“Yeni çəkilən filmlərin heç birinə baxmamışam. Sonuncu dəfə fransızların lentə aldığı komediya filmini izləmişdim və çox bəyənmişdim. Bizimkilər əvvəl kino çəkirdilər, indi isə sadəcə video”.
Bu sözləri Axşam.az-a açıqlamasında əməkdar artist Bəhram Bağırzadə deyib.
Aktyor “Bakı yığması” komandasına səslənib: “Sevindirici haldır ki, komanda “Ən yüksək liqa”nın tərkibinə düşüb. Onlara demək istəyirəm ki, nə vaxt lazım olsa, köməyə hazıram. Məndən də istifadə edə bilərlər. İstədikləri vaxt müraciət etsinlər”.
Yeniliklərindən danışan B.Bağırzadə sərgiyə hazırlaşdığını söyləyib: "Apreldə KVN teatrının yeni tamaşası olacaq. Hazırda ssenarilər yazılır. Bir aydan sonra isə sərgim olacaq. “Art in boxes” (“İncəsənət qutuda”) adlı sərgidə qutularla maketlər hazırlayıram. Bir də yeni hekayələr və məqalələrdən ibarət kitabım işıq üzü görəcək”.