Aktrisa Tuba Büyüküstün və həyat yoldaşı aktyor Onur Saylak razılaşma əsasında boşanacaqlar.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, cütlüyün əkiz uşaqları Maya və Toprağın himayədarlığı Tubaya verilib. Lakin Onur istədiyi zaman uşaqları ilə görüşə biləcək.
İkili mal-mülklərini də bölüşdürüblər. Belə ki, İstanbulun Çiftehavuzlar səmtində yerləşən 2 milyon dollarlıq villa və "Mercedes" avtomobili Tubanın, Acıbademdəki 1 milyon dollarlıq malikanə isə Onurun olub.
Qeyd edək ki, "Asi" serialının çəkilişləri zamanı tanış olan cütlük 2011-ci ildə Parisdə ailə qurmuşdu.