Məşhur aparıcı Seren Serengil “Zuhal Topalla evlənmə” verilişində azərbaycanlı namizəd Əliyə maraqlı bir jest edib.
Teleqraf.com “Haberler”ə istinadla xəbər verir ki, Seren Serengil Sibel adıyla canlı yayıma çıxıb. Paraban açıldıqda Əli təəccübünü saxlaya bilməyib.
Seren Serengil instaqramda foto paylaşaraq yazıb: "Bu gün dünyalar şirini Zuhal Topalın verilişinə getdik. Proqramda çox əyləndim, hamısına sevgilərimi çatdırıram”.
Əli model kimi fəaliyyət göstərir, o, Naz Milaya namizəd olmuşdu.
Rəqsanə