Məşhur müğənni Günay İbrahimli ona söz atan həmkarları Sevil-Sevinc bacılarına cavab verib.
O, Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: “Kiminsə adını çəkməyəcəm. Belə bir atalar sözü var: “Arxadan atılan daş topuğa dəyər”. Haqqımda deyilənlərdə məntiqi heç nə başa düşmədim. Yəni açıqlamada sanballı heç nə yox idi. Çünki sənətiminin qiymətini ustadlar, tanınmış xalq artistləri veriblər. Bu yerə qədər adımı təsdiqləmişəm. Bundan sonra da gözəl işlər təqdim etməyə çalışacam.
Müğənninin işi klip çəkdirmək, mahnı oxumaqdır. İnşallah, Heydər Əliyev Sarayında konsert verməyi düşünürəm”.
Sevil və Sevinc bacıları bir müddət əvvəl “Lider Maqazin”ə açıqlamalarında Günay İbrahimli haqqında xoşagəlməz sözlər demişdilər: “Heç zaman özümüzü Günayla müqayisə etməmişik. Biz onunla nə dostuq, nə də düşmən. Bizim üçün o, həyatda yoxdur, Yəqin onun üçün də biz yoxuq”.
Rəqsanə