5 Fevral 2017 09:20
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı aparıcı, model Viktoriya Bonya sevgilisindən ayrılıb.

Teleqraf.com Rusiya KİV-ə istinadən xəbər verir ki, model bu haqda İnstaqram səhifəsində yazıb.

O bildirib ki, irlandiyalı milyonçu Aleks Smertfitla bundan sonra dost kimi münasibətlərini davam etdirəcək:

"Biz onunla həm də yaxşı dost idik. Düşünürəm belə də davam edəcək. Bilirəm ki, indi hərə bir səbəb düşünəcək. Ayrılığımıza nə xəyanət, nə dava, nə də ailə səbəb oldu. Bu qərarı qəfil qəbul etmədik. Yarım ildir bu haqda düşünürük. Bu gün bizim gözəl münasibətimiz var, hər gün danışırıq, uşaqla vaxt keçirir, təəssüratlarımızı bölüşürük. Bizi qızımız bir-birimizə bağlayır. Hisslərimizin dəyişdiyini gördük. Hamıya məsləhət görürəm ki, ayrılanda dostcasına ayrılsın".


Müəllif:

Oxşar xəbərlər