6 Fevral 2017 13:37
469
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktyor Burak Özçivit aktrisa sevgilisi Fahriye Evcenlə romantik fotosunu paylaşıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu, Burakın sevgilisi ilə birgə paylaşdığı ilk fotodur. Media bunu iranlı model Mahlağa Caberiyə cavab adlandırıb.

Belə ki, iranlı gözəl B.Özçivitə "yaraşıqlı" və bunun kimi digər tərif dolu sözlər yazmışdı. Hətta sosial şəbəkədə bəzi fanatlar ikilinin fotosunu kollaj edərək "Ən yaxşı cütlük" adlandırmışdı. Bu isə Fahriyeni qısqandırmışdı.


Müəllif: