6 Fevral 2017 17:17
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artistləri Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Sərdar Fərəcov həmkarları Canəli Əkbərovun muğam müsabiqəsində münsif olmasının əleyhinə çıxıblar. Onlar Canəli Əkbərov münsif olarsa, müsabiqədə iştirakdan imtina edəcəklərini deyiblər.

Teleqraf.com Canəli Əkbərovdan məsələyə münasibət öyrənib:

- Canəli müəllim, həmkarlarınız Arif Babayev və Əlibaba Məmmədovun sizin müsabiqədə iştirakınızı istəməməsinin səbəbi nədir?

- O haqda danışmaq istəmirəm. Telefon söhbəti deyil. Mənim əleyhimə mafiya yaradıblar. Sabah, inşallah, açıqlama verəcəm.

- Əleyhinizə birləşməklərinin səbəbi nədir?

- Böyük bir dəstə əleyhimə işə başlayıb. Bir-birinin qulluğuna giriblər (gülür). 20 ildir muğam sənəti kafedrasının müdiri və professoruyam.

- Həmkarlarınızın belə addım atması təəccübləndiricidir…

- Müsəlmanıq da, belə də olmalıdır. Belə eləməsə, müsəlman olmur. Yetimə deyirlər əlin çörəyə çatsa, kimə pislik edərsən? Deyir mənə yaxşılıq edənə. Əgər mən pisəmsə, niyə rəhmətlik Zəlimxan Yaqub, Vasif Məmmədəliyev evimdə qonaq olublar?

Qeyd edək ki, müsabiqənin münsiflər heyətinə Sərdar Fərəcov, Əlibaba Məmmədov, Arif Babayev, Ramiz Zöhrabov, Səkinə İsmayılova, Mənsum İbrahimov və Nadir Axundov daxildir.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər