Dünən mediada Tuba Büyüküstünün İbrahim Kutluayla gizli sevgi yaşadığı xəbəri yayılmışdı.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, həyat yoldaşları ilə boşanma ərəfəsində olan iki məşhurdan bu haqda ilk açıqlamanı Tuba verib. O, dünən əri Onur Saylakla birgə açıqlama yayaraq bu xəbərləri yazanları məhkəməyə verəcəyini bildirmişdi.
Bu gün isə İ.Kutluayla boşanmağa hazırlaşan xanımı, keçmiş model Demet Şener də bu haqda danışıb:
"İki insanın sevgi yaşadığından şübhələnirsinizsə, məndən niyə soruşursunuz, İbrahimdən soruşun. Mən boşanma davasını ayrı bir qadına görə açmışam. Mənim çəkinəcək bir şeyim yoxdur".