7 Fevral 2017 14:21
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATV-nin keçmiş əməkdaşı Zara Tağıyeva “Xəzər TV”də yeni işə başlayıb.

Axşam.az-ın məlumatına görə, o, hazırda “Hər şey daxil” verilişinin redaktoru vəzifəsini icra edir.

Zara bir vaxtlar “ATV maqazin” verilişinin müxbiri kimi çalışırdı. Türkiyəli jurnalist Onur Köksu ilə ailə qurduqdan sonra Z.Tağıyeva İstanbula köçüb və uzun illərdir orada yaşayır. Böyrək çatışmazlığından əziyyət çəkən Onur Köksü ötən ilin mayında dünyasını dəyişib. Z.Tağıyevanın 8 il davam edən evlilikdən bir qız övladı var.


Müəllif: