8 Fevral 2017 15:17
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun müddətdir xərçəngdən əziyyət çəkən əməkdar artist Coşqun Rəhimov bir müddətdir müalicə alır.

Teleqraf.com xəbər verir ki, “Bu şəhərdə”nin aktyoru üçüncü dəfə əməliyyat olunduqdan sonra radioaktif yod qəbul etmək üçün xəstəxanaya yatıb. Yanvarın 28-də evə buraxılan C.Rəhimov müalicəsinə ev şəraitində davam edirdi.

Aktyor bu gün Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı tədbirə qatılıb. C.Rəhimov oyunların ulduz səfiri seçilib.

Qeyd edək ki, C.Rəhimov qalxanabənzər vəzin xərçəngindən əziyyət çəkir.


Müəllif:

Oxşar xəbərlər