8 Fevral 2017 16:47
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəqqasə Oksana Rəsulova haqqında çıxan şayiələrdən danışıb.

Teleqraf.com xəbər verir ki, sənətçi “Hər şey daxil” verilişində bildirib ki, onun aktyor İslam Mehrəliyevə ərə getməsi xəbəri yayılıb.

Oksana buna görə bir çox dostunu “qara siyahı”ya atdığını söyləyib:

“Bu yaxınlarda məni yenidən ərə verdilər. İslamla “Bayram axşamı” filmindən bəy-gəlin kostyumunda fotolarımız yayılmışdı. Sosial şəbəkədə yazanları bir yana qoyaq. Bəzi dostlarım belə məni zəng vurub, təbrik edirdilər. Əsəbimdən bir çox dostlarımı qara siyahıya saldım. Başqaları bilmədən nəsə deyir, sizlərə nə olub?”.

O.Rəsulova aparıcı-aktyor Şəhriyar Əbilovla dostluğundan söz açıb:

"2008-ci ildən Şəhriyarla dostluq edirəm. Haqqımızda heç vaxt "sevgilidirlər" kimi söz-söhbət çıxmayıb. Bizim valideynlərimiz də dostluq edir. Hətta çalışıram ki, Şəhriyarı evləndirim".


Müəllif:

Oxşar xəbərlər