“Çətin və ağrılı gün yaşayırıq. Şahinin vəziyyəti ağırdır, ağrıları kəskindir. Bütün həkimlər başının üstündədirlər”.
Axşam.az-ın məlumatına görə, bu sözləri qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadənin xanımı Səbinə deyib.
O bildirib ki, Şahinin əməliyyat olunması mütləqdir: “Həkimlər əllərindən gələni edirlər. Hərarəti düşməlidir, amma hələ də yüksəkdir. Bu halda əməliyyat olunması belə mümkün deyil. Ağrıları o qədər kəskindir ki, dözə bilmir. Həkimlər ən güclü və bahalı ağrıkəsiciləri vururlar, təsir etmir. Qan da köçürürlər. Tək ümüdimiz Allaha qalıb. Ağciyəri də yaxşı deyil, nəfəs alması çətinləşib. Allah Şahini övladlarına bağışlasın”.