Müğənni Könül Kərimova qızı Ləmanın toyundan danışıb.
Teleqraf.com-un məlumatına görə, ifaçı “5/5” verilişində deyib ki, övladını qohumu ilə nişanlayıb: “Qızımı verdiyim ailə kasıb deyil, nə də çox varlıdılar. Toya az qalıb, yaya qədər edəcəyik. Oğlan özümüzünkülərdəndir. Övladımı verdiyim yeri bilirəm, bizdə kənara qız vermirlər, öz qohum-əqrabaya veririk. Uşaqlarım balaca olanda oğlumu evləndirmək mənə çətin gəlirdi. Amma indi görürəm ki, qızı ərə vermək daha çətin imiş”.