11 Fevral 2017 15:12
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Səidə Sultan sosial şəbəkədə tənqid edilməsinə əsəbiləşib.

Teleqraf.com xəbər verir ki, müğənni onu tənqid edənləri hədələyib: "Biz bu aqressiya ilə hara gedirik? Feysbukda, instaqramda nə qədər şərh yazan dırnaqarası insanlar var? Müğənnilərə tökdüyünüz aqressiyaları yığın, bir ordu eləyin və deyin biz düşmənimizi parçalamağa gedək, torpaqlarımızı alaq! Yoxsa ağzınıza gələni bilib-bilmədən yazırsınız, şəxsiyyəti təhqir edirsiniz. Utanmırsız? Ayıbdır, böyük insanlarsınız.

Bəli, mən Həcərəm, Nigaram! Torpağım, millətim üçün canımı belə verməyə hazıram. Buna gücüm, özgüvənim, qeyrətim çatır. Qeyrətsiz sizsiz ki, gücünüz müğənnilərə çatır, ağzınıza gələni yazırsınız. İnanıram ki, bu sözlərdən sonra bir qrup şəxsiyyətsiz yenə şərh yazacaq. Gəlin indi bu paylaşımın altında yazılan şərhlərə fikir verək. Özünə, ailəsinə hörmət edən yaxşı yazacaq, etməyənlər isə öz rəyləri ilə bilinəcək. Bundan sonra kim mənə hörmət etməyəcəksə, onun fotosunu sosial şəbəkədə paylaşacam".

Rəqsanə


Müəllif: