15 Fevral 2017 18:07
372

Hollivudun məşhur aktrisası Ancelina Coli və futbolçu Kristiano Ronaldo Türkiyədə filmə çəkiləcəklər.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Ancelina Coli və Kristiano Ronaldo “Hayat köprüsü” adlı serialda oynayacaqlar.

Serial suriyalı bir ailənin faciəsindən bəhs edir. Ekran əsərinin çəkilişlərinə apreldə başlanılacaq. “Hayat köprüsü”nün Latın Amerikası və Yaxın Şərq ölkələrində yayımlanacağı gözlənilir.

Ekran əsərində “Yeşilçam”ın əfsanəvi aktyorları Nensi Ajram, Perihan Savaş, Hülya Koçyiğit də rol alacaq.

Rəqsanə


Müəllif: