9 İyul 2014 13:54
1 954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təxminən iki həftə öncə MS xəstəsi olduğu ortaya çıxan popçu Serdar Ortaç həyatında radikal qərarlar almağa davam edir.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Serdarın son qərarı İstanbulu tərk etməsi ilə bağlıdır. Ahmet Kaya olayı ilə bağlı hələ də təqib olunan Ortaçın narahat yaşadığı iddia edilir. Dostlarından da yetərli dəstək almayan müğənni illərdir yaşadığı şəhərdən köçür. Onun yeri məskəni Antalya olacaq. Bu barədə xəbəri isə popçü Twitter hesabından yayıb: “Antalyada bir ev tapdıq, daşınırıq. Bu şəhər qan əmici oldu artıq”.

Qeyd edək ki, MS xəstəliyi beyindəki və onurğa iliyindəki sinirlərin köhnəlməsi və pozulması ilə ortaya çıxan, görmədə bulanıqlıq, keçici görmə itkisi, qolda və ya ayaqda gücsüzlük, gedişdə balanssızlıq, əllərdə titrəmə, danışmada pozuqluq kimi əlamətləri olan, immun sistemindən qaynaqlanan və birbaşa mərkəzi sinir sisteminə təsir edən xəstəlikdir.

Pərvin


Müəllif: