Dünya şöhrətli gənc müğənni Selena Qomez sosial mediada yeni rekord vurub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, müğənninin instaqram izləyicilərinin sayı 110 milyona çatıb.
Bu münasibətlə müğənni konsertdə üzü tamaşaçılara tərəf çəkilən fotosunu paylaşaraq bunları yazıb:
“110 milyon izləyiciləyə yetişdiyim üçün sizə təşəkkür edirəm. Söz verirəm ki, bundan sonra da səhifəmə vaxt ayırıb, sizə doğruları söyləyəcəm.
Ən önəmlisi odur ki, sizin hər biriniz həyatımı dəyişmisiniz. Çox sağ olun”.
Pərvin