9 İyul 2014 16:43
1 778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış nağara ifaçısı Şahin dünyasını dəyişib.

Bu barədə əməkdar artist, nağara ifaçısı Natiq Şirinov məlumat verib: “Şahin bu gün səhər saatlarında dünyasını dəyişib. Mən də bir az əvvəl eşitdim. Heyf Şahindən. Çox yaxşı musiqiçi və gözəl insan idi”.

N. Şirinov bildirib ki, həmkarı ürək tutmasından vəfat edib.

Qeyd edək ki, 1973-cü il təvəllüdlü musiqiçi əslən Masallı rayonundandır . O, həmçinin Azərbaycanda bir sıra teleşouların da musiqi heyətinin üzvü olub.

Mərhum musiqiçi Masallıda dəfn ediləcək.

/aznews/


Müəllif: