58 yaşlı məşhur türk müğənni Muazzes Ersoy vaxtilə uşaq övladlığa götürmək istədiyini etiraf edib.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, müğənni müəyyən səbəblərdən bu istəyinin baş tutmamasından gileylənib: “Bosniya savaşının sonlarında türk əsgərimizi və oradakı kimsəsiz uşaqları ziyarət etdim. Bir qız uşağını övladlığa götürmək istədim, vermədilər”.
1974-cu ildə çox gənc yaşda ailə quran Ersoy iki ildən sonra boşanıb. Bu evlilikdən müğənninin Ender adlı bir oğlu var. İkinci dəfə müğənni 2001-ci ildə nikaha girdi. Bu dəfə İsmet Özhanla ailə quran Ersoyun xoşbəxtliyi cəmi dörd ay davam edib.
Pərvin