22 Fevral 2017 17:31
1 285
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur azərbaycanlı model Günay Musayevanın keçmiş həyat yoldaşı, aktyor Tolqa Karel maraqlı açıqlama verib.

Teleqraf.com-un xarici mediaya istinadla verdiyi məlumata görə, ikinci dəfə evləndikdən sonra Amerikada yaşayan Tolqa Karel sosial şəbəkədə əcnəbi həyat yoldaşı Sarah Skotti ilə fotosunu paylaşaraq onun ünvanına xoş sözlər deyib.

O, həyat yoldaşının ona dəstək olduğunu etiraf edib: “Amerikadakı karyeramda mənə güc verən həyat yoldaşıma təşəkkür edirəm. Onun hər zaman mənə dediyi bir söz var: Tale Allahın bir nemətidir. Allaha inansan, taleyə də inanacaqsan!”.

Tolqa Karel ikinci dəfə ata olmağa hazırlaşır. Aktyor Amerikada mətbuatdan uzaq həyat yaşayır.

Xatırladaq ki, Tolqa Karelin Günay Musayeva ilə nikahından Cihangir adlı oğlu var.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər