24 Fevral 2017 18:41
1 093
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com mərhum xalq artisti İlhamə Quliyevanın oğulluğu Orxan Nadirovun anası Lalə Nadirova ilə müsahibəni təqdim edir:

- İlhamə xanımı necə xatırlayırsınız?

- İlhamə Quliyevanın evində böyümüşəm. Anam Dürsədəf xanım Tükəzban xanımın kiçik bacısı idi. Bacım Püstə xanım 3, yaşından, mənsə 6 yaşımdan onlarda yaşamışıq. İlhamə Quliyeva ilə bir evin içində, bacı kimi böyümüşük. Allah cəmi ölənlərimizə, Tükəzban xanıma, İlhamə xanıma rəhmət eləsin! Onlar bizə təhsil veriblər, gəlin köçürüblər. Valideynlərimin və onların rizasıyla ailə qurmuşam. Həbib müəllim mənə atalıq edib. Allah ona qəni-qəni rəhmət eləsin. Çox gözəl insan idi. İlhamə xanım da mənə bacı kimi idi.

Orxan ailənin ilk nəvəsi olub. Onu əllərində böyüdüblər. O, dünyaya gələndən İlhamə dedi mənim oğlumdur. Bizim ailəmizdə heç zaman vərəsəlik, miras kimi söhbətlər olmayıb. Belə şeylər ayıbdır. Mən də çalışıram mətbuata bu haqda açıqlama verməyim. Belə hadisələrə görə xəcalət çəkirəm. Mənə bəzi xəbərlər, nahaq söhbətlər pis təsir edir. İnsanları çaş-baş salırlar. Hansı nəvə deyir mirası mənim adıma keçir. Vərəsəlik davası etmək bizdən uzaq işdir. Mən Orxanın bioloji anası olaraq yalnız ədalət istəyirəm. Orxan İlhamə xanımın əziyyətini çox çəkib. Ana ilə balanın arasında söz-söhbət ola bilər. Şükür Allaha, Orxan ailəlidir, ağıllı oğlandır. Belə söz-söhbətlərdən çox sıxılıram. Bunların olmasını istəməzdim. Allah İlhamə xanıma rəhmət eləsin. Hər şeyi zaman göstərər.

- İlhamə xanımın bacıları ilə münasibətləriniz necədir?

- Düzünü deyim, İlhamə xanımın bacılarıyla xalam Tükəzban xəstəxanaya düşəndə tanış oldum. Heç vaxt onlarla isti münasibətim olmamışdı. Bir də İlhamə xanım məclislərə dəvət edəndə görürdüm. Hər zaman onlara hörmətlə yanaşmışam. Özümdən böyüyə heç zaman söz deməmişəm. Mənim hörmətim öz yerindədir. Amma haqsızlığı, nahaq söhbətləri xoşlamıram.

- Bəs Gülbahar xanım?

- İlhamə xanım İradəni çox sevirdi, hörmət bəsləyirdi. Amma Gülbaharla heç vaxt əlaqəsi olmayıb. Onunla xarakteri düz gəlmirdi, yaxın olmayıblar.

Rəqsanə


Müəllif: