Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Könül Nağıyeva seriala çəkilir.
Teleqraf.com xəbər verir ki, “Həyat körpüsü” adlanan serial suriyalı ailənin dramından bəhs edəcək. Çəkilişləri Qaziantepdə aparılan serialda dünyaca məşhur Ancelina Coli və futbolçu Kriştiano Ronaldo da yer alacaq.
Serialda həmçinin Yeşilcamın məşhur aktrisası Perihan Savaş, Aydan Kaya, Ayça Bulut, Mustafa Yabaş və başqaları oynayır.
“Həyat körpüsü” TRT 1-də yayımlanacaq.
Nərmin