28 Fevral 2017 12:42
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur futbolçu Arda Turanın keçmiş sevgilisi Aslıhan Doğan ayrılmaqlarının səbəbini ilk dəfə açıqlayıb.

Teleqraf.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, Aslıhan Doğan deyib: “Münasibətimizə dəstək verənlərə və qarşı çıxanlara əhəmiyyət vermədim. Hər ikisinin də niyyətini bilmək olmaz. İnsan bəzi hadisələri özü yaşayıb, görməlidir”.

Aslıhan bir müddət əvvəl mətbuata dediyi “Ardanın mühiti mənə uyğun deyildi” sözlərinə də aydınlıq gətirib: “Son günlər əlaqəmizdə laqeydlik yaşanmağa başlamışdı. Həyata baxışımız və istəklərimiz dəyişmişdi. Münasibətimizin davam edə bilməyəcəyini anladıq və ayrıldıq”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər