Teleqraf.com-un “Üçü birində” layihəsinin növbəti qonağı “Bu şəhərdə” kollektivi olub.
Onların cavablarını təqdim edirik:
- Ən son izlədiyiniz film?
- Coşqun Rəhimov: Məşhur fransız aktyoru Omar Sinin baş rolunu canlandırdığı “Şokolad” filmini izləmişəm.
- Rəfael İsgəndərov: Nizami Kino Mərkəzində “Mahmud baba” filmini izləmişəm.
- Müşfiq Abbasov: “Anakonda” filmini izləmişəm.
- Oxuduğunuz kitab?
- Coşqun Rəhimov: Sonuncu dəfə nə vaxt kitab oxuduğumu xatırlamıram (gülür). Konsertə hazırlaşdığımız üçün Müşfiq Abbasovun yazdığı ssenarini oxumuşam.
- Rəfael İsgəndərov: Dini kitab oxuyuram.
- Müşfiq Abbasov: Yazıçı Çingiz Abdullayevin əsərlərini çox sevirəm. Amma hazırda Aleksandr Soljenıtsının “Rakovıy korpus” kitabını oxuyuram.
- Dinlədiyiniz musiqi?
- Coşqun Rəhimov: Ötən gün radioda İlhamə Quliyevanın “Çiçək yağışı” mahnısını dinləmişəm. Mahnının bəstəkarı Emin Sabitoğludur.
- Rəfael İsgəndərov: Məcburi olaraq Niyam Səlaminin mahnısına qulaq asıram. Dinləməkdən artıq ürəyim bulanır (gülür). Çünki konsertdə parodiya olacaq. Niyam dostumuzdur...
- Müşfiq Abbasov: Tunarın “Amin, ilahi amin” mahnısını dinlədim. Ssenariyə görə internetdə tapdım. Çünki konsertdə parodiya olacaq.
Rəqsanə