ARB TV"nin "Gəlin danışaq" verilişinə bu dəfə xalq artisti Flora Kərimova qonaq olub.
Teleqraf.com xəbər verir ki, məlumatına görə, müğənni bəstəkar Eldar Mansurovdan küsdüyünü deyib: "Əcəb edib incimişəm. Münəvvər xanım "Əlvida" adlı gözəl söz yazdı. O mahnı həmişə ürəyimdə qaldı. 20 ilin mahnısıdır. Mənə zəng elədi və mahnını götürdüm. Mənim acığıma Eldar özü oxudu. İndiyə qədər gözüm qalıb. O vaxt "Leyli və Məcnun" tamaşası zamanı bütün Leylilərə paltar tikdilər, hamı qəşəng geyindi, məndən başqa. Səhnədə "çuşka" idim".