Müğənni Ajda Pekkan keçən ay ana olan həmkarı Gülşəni bu günlərdə evində ziyarət edib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bundan sonra ana olmaq istədiyini deyən müğənni Hindistanda 72 yaşlı qadının süni yolla uşaq sahibi olmasından sonra bu barədə araşdırma aparmağa başlayıb.
Amerika və Hindistanda bu sahədə araşdırma aparan həkimlərlə danışıqlara başladığı da öyrənilib.
O, ötən illərdə verdiyi müsahibələrinin birində karyerasına görə uşaq sahibi olmadığını söyləmiş, "Kulislərdə böyüməyini istəmədim", - deyə açıqlama vermişdi.