10 İyul 2014 11:59
1 144
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Rəqsanə İsmayılova dünən iftar süfrəsi açıb.

Mərasimə sənət aləminin tanınmış simaları, eləcə də oruc tutan insanlar qatılıblar. Şəhər restoranlarının birində verilən iftar yeməyinə qocalar evinin sakinləri də dəvət olunublar.

Müğənni səhhəti ilə bağlı oruc tuta bilmədiyini və bu yolla savab qazanmaq istədiyini bildirib:

“Bronxlarımda problem var, müalicə alıram. Hər gün dərman qəbul etdiyim üçün oruc tuta bilmirəm. Amma ötən illərdə orucumu tuturdum. Buna görə də, kimsəsizlərə iftar süfrəsi açmaqla borcumdan çıxmağa çalışdım”.

/axşam .az/


Müəllif: