Gənc müğənni Çinarə Məlikzadə yeni mahnısını təqdim edib.
Teleqraf.com xəbər verir ki, Çinarə Məlikzadə mərhum sənətkar İlhamə Quliyevanın repertuarına müraciət edərək "Sırğamın qaşı" mahnısını oxuyub: “İlhamə xanımın mahnıları hər biri ayrılıqda bir əsərdir. Bu mahnı 106.3 fm-in keçirdiyi layihə çərçivəsində yazıldı. Dəvətə görə radionun bütün heyətinə, xüsusilə Arzu xanım, Aynur xanım və Kazım bəyə çox minnətdaram. Sevinirəm ki, izləyicilərim bu ifamı da bəyəndilər. Artıq gələn ismarıclardan bunu bildik. İzləyicilərim mənim üçün dəyərlidir. Hər işimdə onları, zövqlərini nəzərə alıram".
Rəqsanə