10 İyul 2014 12:06
3 750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sara Şahi 1980-ci ildə ABŞ-ın Texas ştatının Oles şəhərində iranlı Abbas Şahi və ispan qızı Maxmonirin ailəsində anadan olub.

İranda və Azərbaycanda Qacarlar sülaləsinin ikinci şahı Fətəli Şahın nəbibəsidir. Fətəli Şah 1797-ci ildən 1834-cü ilə qədər hakimiyyətdə olub. Qacar sülaləsinin əsasını qoyan Ağa Muhammədin xələfidir.

Onun əsl adı Aahoo, fars dilində tərcümədə “Ahu” deməkdir. Valideynləri boşananda onun 10 yaşı olub. Yuxarı siniflərdə Triniti məktəbində sonra isə Dallas Universitetində oxuyub. Sara gözəllik kraliçası kimi karyerasına hələ yeniyetmə yaşlarında başlayıb. 1997-ci ildə Miss Fort-Uert müsabiqəsinin qalibi olub. 1999-cu ildə “Dallas Kovboyları” idman klubuna üzv yazılır, 2000-ci ildə isə onların təqviminin üz qabığında çimərlik geyimində rəsmi çıxır.

“Doktor “T” və onun qadınları” filminin çəkilişlərində, ona Hollivuda köçməyi təklif edən rejissor Robert Oltmenlə tanış olur. Los-Ancelesdə o, məşhur seriallarda rol alır. Məsələn, “Cəsus" filmində Cenni, “Dosuonun Buxtası"nda isə Sed Şou roluna çəkilir. Şahi hətta CVV “Fövqəl” paranormal dramında rol alır.
Tamaşaçıların yaddaşında o ən çox ikinci mövsümdən oynamağa başladığı Showtime “Yad şəhərdə seks” serialındakı oynadığı meksikan-amerikan mənşəli Dj qız Karmen de la Pika Morales rolu ilə yadda qalıb. Şahi serial ilə dördüncü mövsümə qədər müqaviləni uzatmadı, bunun nəticəsi olaraq oynadığı personaj serialdan çıxarılır. Amma son seriyada qonaq kimi tamaşaçıların qarşısına keçir.

“Düşməni tanı” serialının ikinci mövsümündə Farra rolunu oynayır. Şahi “Soprano Klanı” serialına çəkilir, sonra isə “Kennedi və Heydi”nin altıncı mövsümündə tələbə və striptiz rəqqasəsi, ailəsi öldükdən sonra Tonni ilə vaxt keçirən Sonya Araqonda rolunu oynayır.

2007-ci ilin sentyabr ayından 2009-cu ilin aprel ayına qədər NBC “Həyat Hökmdür” serialında britaniyalı aktyor Demien Lyuislə bərabər çalışır. Şahi detektiv Deni Riz rolunu oynayırdı.

2011-ci ildə “Keytin vasitəçisi” serialının birinci mövsümündə çəkilir, planda serialın davamı var.

2012-ci ildə CBS telekanlının “Nəzər nöqtəsi” serialının ikinci mövsümündə bir neçə epizodik rol alır. Bir qədər sonra məlum olur ki, Şahi serialın üçüncü mövsümündə daimi rol alıb.

Şahi ingilis, fars və bir az da ispan dilində danışır. Valideynləri boşandıqdan sonra o anası ilə yaşayıb. Karate üzrə qəhvəyi kəmərə sahibdir. Gitara və pianinoda ifa edə bilir.

Stiv Houi ilə evlidir, onlar “Reba” serialının çəkiliş meydançasında tanış olublar. 2009-cu ilin iyul ayının 8-də ilk övladı oğlu Uilyam Vulf Houini dünyaya gətirib. Hamiləlik dövründə o, “Həyat hökmdür” serialında gün ərzində bir neçə saat çəkilməyə davam edirdi. Onu yuxarı planda çəkirdilər ki, hamiləliyi gizlətsinlər. Serialda onun yerini 2009-cu ilin mövsümündə Qabriella Yunion aldı.

Maxim jurnalının “2005-ci ilin ən seksiləri” siyahısında 90-cı yeri tutub. 2006-cı ildə elə bu siyahıda 66-cı pilləyə qalxıb. 2007-ci ildə isə AfterEllen.com-da artıq 5-ci yeri tutdu.

/oxu.az/


Müəllif: