ARB TV-də yayımlanan "Ferma" verilişinin yayımı dayandırılıb.
Məsələ ilə bağlı kanalın strateji inkişaf və media direktoru İsmayıl Həsənov Teleqraf.com-a danışıb:
- İsmayıl müəllim, "Ferma" verilişinin yayımının qəflətən dayandırılmasının səbəbi nədir?
- Bu, kanal rəhbərliyinin qərarıdır. Yaxın günlərdə onun yerinə hansı layihənin yayımlanacağı haqqında məlumat veriləcək.
- Verilişin yenidən bərpa edilməsi gözlənirmi?
- Hələ o haqda heç nə deyə bilmərəm. Rəhbərliyin qərarından asılıdır. Yəqin yaxın günlərdə bilinəcək. Əldə olunan məlumata görə, bu gün “Ferma”nın son yayım günüdür.
- Reytinqli bir verilişin yayımının dayandırılmasına səbəb kimi nə göstərilir?
- Səbəbini bilmirik. Rəhbərlik iclas keçirdikdən sonra bu haqda məlumat verəcəyik.
Rəqsanə