3 Mart 2017 17:38
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İstanbuldan kənarda yaşayacam. Buranı sevmirəm. Deyəsən, o da məni sevmir”.

Teleqraf.com xəbər verir ki, bu sözləri yeni serialı ilə ekranlara qayıdan azərbaycan əsilli türk aktrisa Selen Şəkərçi məşhur jurnallardan birinə verdiyi müsahibədə deyib.

“Çoban yıldızı” serialında baş qəhrəman Zührə rolunu oynayan aktrisa Türkiyədə aktrisa olmağın çətinliyindən danışıb: “Axır vaxtlar bu sektorda çox prodüserlər, aktyor, aktrisalar peyda olub. Ona görə həmişə pusquda olmaq lazımdır. Çünki alternativlər çoxalıb. Əvvəllər istedadla gözəllik birləşdiyi nöqtədə iş təklifləri ala bilirdik. Amma indi hara baxsan, aktrisa görmək olar. Bizim nəsilsə tam ortada qalıb”.

Pərvin


Müəllif:

Oxşar xəbərlər