“Bayer”in yeni baş məşqçisi müəyyənləşib.
Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Leverkuzen klubunu Tayfun Korkut çalışdıracaq.
Rojer Şmidtlə yollarını ayıran klub rəhbərliyi onun yerinə türkiyəli mütəxəssisi gətirib. T. Korkutla cari mövsümün sonuna qədər razılaşma əldə olunub.
Qeyd edək ki, Korkutun son klubu “Hannover” olub.