Əməkdar artist Rühəngiz Allahverdiyeva sosial şəbəkədə ona tənqid yazanlara cavab verib.
Axşam.az-ın məlumatına görə, “5/5” verilişinin qonağı olan müğənni bildirib ki, İnstaqramda ona yaşına uyğun geyinmədiyini yazıb, irad tuturlar: “Yazsınlar, vecimə də deyil. O yazanların səhifəsi ancaq bağlı olur. Biz adi insanlar deyilik, müğənniyik. Hər şeyin əndazəsi var, yaraşanı geyinirik. Əyri ayaqlarımı bayırda qoymuruq ki...”.