Müğənni Ebru Gündeş 4 saat ərzində nə az-nə çox düz 28 min manat (60 min lirə) pul xərcləyib.
Teleqraf.com xəbər verir ki, müğənni məşhur mağazaya zəng edərək yeni gələn mallarla tanış olmaq istədiyini deyib.
Mağaza müdiri mikroavtobus tutaraq yeni paltar, aksesuar və kosmetikaları iki işçisi ilə birgə Ebrunun malikanəsinə göndərib.
E.Gündeş villasında 4 saat ərzində 27 min 756 min manatlıq alış-veriş edib.