Məşhur müğənni Songül Karlı keçmiş həyat yoldaşı Metin Yüncü haqqında ciddi açıqlamalar verib.
Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Söngül Karlı 6 illik həyat yoldaşından ayrılmasının səbəbini belə açıqlayıb: “Çox fədakar qadınam. Hər zaman başqalarını özümdən daha çox düşünürəm. Həyat yoldaşıma hamilə olduğumu deyəndə sevinmədiyinə görə uşağımı abort elətdirdim. Mübahisə elədik, evi tərk etdi. İki ay nə evə gəldi, nə də zəng etdi. Mən də boşandım”.
Məşhur müğənni həyat yoldaşının fırıldaqçı olmasına da münasibət bildirib: “Milyon dəyərində, 17 hektar torpaq sahəm yoxa çıxdı. Amma Metin ailə üzvlərinin canına and içdi ki, onun torpaqdan xəbəri yoxdur. Pulu kimə, hara xərclədiyini bilmədim”.
Aylin