Amerikalı aktrisa Şeron Stoun yeni münasibət qurmaq istədiyini söyləyib.
56 yaşlı aktrisa televiziya proqramlarından birinə müsahibəsində bu arzusunun oğlanlarının böyüməsi ilə bağlı olduğunu deyib:
"Uşaqlarım o yaşa çatıblar ki, mən artıq kiminləsə görüşə bilərəm. Onlar balaca olduğu üçün əvvəl bunu etmirdim. Lakin indi hər şey fərqlidir".
Qeyd edək ki, Ş.Stoun 14 ildir ki, övladlığa götürdüyü oğlanlarının - Roan, Lerd və Kuinnin tərbiyəsi ilə məşğul olur.
/axşam.az/