DÇ-2018-in seçmə mərhələsində martın 26-ı keçiriləcək Azərbaycan - Almaniya oyununu rəqib ölkədə qadın jurnalist Laura Vonttora şərh edəcək.
O, RTL telekanalında canlı yayımlanacaq matçı Almaniya millisinin sabiq qapıçısı Yens Lehmanla birlikdə tamaşaçılara çatdıracaq. Bu, Lauranın uşaqlıq arzusu olub.
Telekanal rəhbərliyinin bu etimadından sonra Laura bildirib: “Çox sevinirəm. Yens Lehmanla birlikdə futbol şərh etmək möhtəşəm olacaq”.
“Qafqazinfo”
|