52 yaşlı aktrisa Monika Belluççi 70-ci Kann kinofestivalının aparıcısı olacaq.
Bu barədə festivalın rəsmi Tvitter səhifəsində bildirilib:
"Heyranedici Monika Belluççi Kann festivalının açılış və bağlanış mərasimlərinə aparıcılıq edəcək".
Xatırladaq ki, bu il festival 17-28 may tarixində baş tutacaq. Builki münsiflər heyətinə ispan rejissor Pedro Lamodovar başçılıq edir.
/Axşam.az/