22 Mart 2017 09:35
969
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayda Kiyevdə keçiriləcək "Eurovision" mahnı müsabiqəsində Ermənistanı təmsil etməyə hazırlaşan Artsvik Harutyunya Ukraynaya buraxımaya bilər.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin məsləhətçisi Anton Qeraşşenko deyib..

Onun sözlərinə görə, hazırda Ukrayna Təhlükəsizlik Xidməti bu məsələ ilə bağlı araşdırmalar aparır: "Rusiya vətəndaşı olan Artsvik Harutyunyanın "Rusiyanın ilhaqından sonra" Krıma getməsi təsdiqlənsə, ifaçı barəsində ayrıca qərar qəbul edilə bilər".

Qeraşşenko əlavə edib ki, bir müddət əvvəl Kiyev Rusiya təmsilçisi Yuliya Samoylovanın Krımda çıxış etdiyinə görə, Ukrayna qanunlarını pozduğunu bəyan etmişdi: "Axı olmaz ki, Krıma daxil olduğuna görə Yuliya Samoylova məsuliyyətə cəlb edilsin, başqaları isə yox. Bu ədalətli olmaz. Ermənistan iştirakçısının Krımda çıxış etdiyi aşkar olunsa, bu, bütün müddəalar üzrə nəzərdən keçiriləcək".

Ukrayna rəsmisi qeyd edib ki, UTX müsabiqədən qabaq hər bir "Eurovision" iştirakçısının Krımda olmasına dair yoxlama aparacaq.

Samir


Müəllif:

Oxşar xəbərlər