Məşhur kanada müğənnisi Castin Biber barəsində vandalizm maddəsi ilə açılan cinayət işi yeniləyib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, 2013-cü ildə müğənni Braziliyada qaldığı otelin divarlarına yazdığı yazılardan dolayı braziliya polisi tərəfindən nəzarətə götürülüb. Amma onun barəsində açılan cinayət işi bir müddət sonra bağlandı. Buna səbəb müğənninin başqa ölkədə yaşaması idi.
Cinayət işinin yenidən gündəmə gəlməsinə səbəb isə müğənninin Braziliya şəhərlərindən verəcəyi konsert proqramları ilə əlaqədardır.
Pərvin