11 İyul 2014 12:38
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hara gedirəmsə, deyirlər ki, Sultan Təranə gəlir. Özümü çox güclü hesab edirəm. İnsanlar nələriyləsə öyünür. Mən də güclü olmağımla fəxr edirəm. Düşmən əli hər yerdə var. Allah bizi elə şeylərdən uzaq eləsin”.

Bu fikirləri qonağı olduğu “Evdəyik” verilişində müğənni Təranə Qumral səsləndirib. Müğənni bildirib ki, həmkarı və həyat yoldaşı Musa Musayevdən ayrılmaq barədə ona çox “məsləhətlər” verilsə də, qəbul etməyib:

"Musadan on əllə yapışmışam, ailəmlə fəxr edirəm. Ona görə güclüyəm ki, böyrümdə belə kişi oturub. Söz-söhbətsiz ailə olmur. Mənə də dəfələrlə dedilər ki, Musanı burax getsin. Amma elə şey etmərəm. Adam hər şeydən ötrü ailə dağıtmaz”.

/aznews.az/


Müəllif: